!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT əməkdaşları “Yeni Çağ”da - FOTOLAR

!Reklam – Yazi

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, QHT Agentliyinin dəstəyi ilə həyata keçiriliən “QHT Əməkdaşlarının Media və PR Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində QHT əməkdaşları “Yeni Çağ” Media Qrupuna səfər ediblər.

Layihə iştirakçılarını salamlayan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər qeyd edib ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətlərində kütləvi informasiya vasitələrinin iştirakı mühüm əhəmiyyət daşıyır. KİV-lərlə əməkdaşlıq imkanları, yeni media mühitinin əsas prinsipləri barədə gənclərə öz təcrübəsini bölüşən Aqil Ələsgər layihə iştirakçılarına işlərində uğurlar arzu edib.

Layihənin koordinatoru, “İrəli” İctimai Birliyinin əməkdaşı Arif Rəhimli həyata keçirilən layihənin QHT-lərlə kütləvi informasiya vasitələri arasında körpü rolunu oynadığını diqqətə çatdırıb. Həmçinin görüş zamanı vurğulanıb ki, layihə çərçivəsində digər media qurumlarına da səfərlər təşkil ediləcək.

Daha sonra layihə iştirakçıları “Yeni Çağ” Media Qrupunun fəaliyyəti ilə yaxından tanış olub, qurumun gördüyü işlər haqqında yeni məlumatlar əldə ediblər.

Qeyd edək ki, həyata keçirilən layihənin əsas məqsədi qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin mətbuat və sosial şəbəkələrə çıxış imkanlarını gücləndirmək, habelə aparılan PR-ın səmərəliliyinin yüksəldilməsinə nail olmaqdır.

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv