QHT-lər bəyanat yaydı – Baydenə daha bir etiraz

Azərbaycanın qeyri-hökumət təşkilatları ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyən bəyanat yayıb.

Yenicag.az xəbər verir ki, bəyanatda deyilir:

ABŞ Prezidenti Cozef Bayden dünən “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində baş verən hadisələri “soyqırım” adlandırıb. ABŞ kimi qlobal məsuliyyəti olan dövlətin prezidentinin heç bir tarixi, hüquqi və siyasi əsası olmayan iddianı rəsmi şəkildə səsləndirməsi erməni “soyqırımının” beynəlxalq səviyyədə siyasi instrumentə çevrildiyini göstərir. Hesab edirik ki, bu hadisələr yalnız tarixi araşdırmaların predmetinə çevrilməlidir. Tarixi faktlar qeyd olunan dövrdə Anadoluda heç bir soyqırımı aktının baş vermədiyini təsdiq edir. Təsadüfi deyil ki, indiyədək heç bir beynəlxalq məhkəmə “ermənilərə qarşı soyqırım”ın tanınması barədə qərar qəbul etməyib.

Ermənilərin “soyqırım” iddiaları “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan avantürist erməni toplumunun qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, həmçinin, XX əsrin əvvəllərində və sonunda Cənubi Qafqazda bəşəriyyətə və insanlığa qarşı törətdikləri soyqırım və terror siyasətinə bəraət qazandırmaq cəhdidir.

Əgər ABŞ dünyadakı soyqırım faktlarının aşkarlanaraq nəticələrindən dərs çıxarılmasında maraqlı olsaydı ilk növbədə ermənilərin birinci dünya müharibəsi zamanı və ondan sonrakı dövrdə Şərqi Anadoluda və Cənubi Qafqazda törətdiyi soyqırım zamanı yüzminlərlə türk, müsəlman və yəhudinin milli və dini mənsubiyyətinə görə qətlə yetirilməsini pisləyərdi. Çünki XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin qətlə yetirdiyi türklərin sayı yüzminlərlədir. Eyni zamanda diqqətinizə çatdırmaq istəyirik ki, ermənilərin 1992-ci ildə Xocalıda dinc, mülki azərbaycanlılara qarşı törətdiyi vəhşi cinayət beynəlxalq normalara uyğun olaraq soyqırım aktıdır. Biz Azərbaycan QHT-ləri olaraq Xocalı soyqırımının 30 ilinin tamam olduğu 2022-ci ilin 26 fevralında Cozef Baydendən ictimaiyyət qarşısında çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qətiyyətlə pisləməyə çağırırıq.

Azərbaycan QHT-ləri olaraq qardaş Türkiyəyə qarşı aparılan çirkin kampaniyanı və regionda sülhü və təhlükəsizliyi açıq təhdid edən xəstə erməniçilik ideyalarını gücləndirməyə xidmət edən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyirik. Hər zaman regionda və dünyada uzunmüddətli sülhün, əminamanlığın və təhlükəsizliyin bərqərar olmasına töhfələr verən qardaş Türkiyə dövləti ilə birmənalı şəkildə həmrəy olduğumuzu bildiririk.

1. Rauf Zeyni Azərbaycan Milli QHT Forumu

2. Vüqar Əhmədov Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi

3. Əliməmməd Nuriyev Konstitusiya Araşdırmalar Fondu

4. Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondu

5. Sahib Məmmədov Vətəndaşların əmək hüquqlarını müdafiə liqası

6. Yeganə Hacıyeva Gənc Demokratlar İnstitutu İctimai Birliyi

7. Solmaz Əliyeva Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi

8. Rufiz Qonaqov Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi

9. Əlisəfa Mehdiyev Dinc Dünya Araşdırma Mərkəzi

10. Rəna Mirzəzadə Gender və İnsan Hüququ Araşdırma Birliyi

11. Qadir İbrahimli Güzəran Sosial araşdırmalar İctimai Birliyi

12. Elməddin Həsənov İnkişafa Doğru Sosial Araşdırmalar İctimai Birliyi

13. Qafar Mehdiyev Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası

14. Mübariz Laçınov Sivilizasiya Monitorinq və Araşdırmalar Mərkəzi İctimai Birliyi

15. İlqar Hüseynli Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi

16. Azər Qurbanəliyev Tolerantlıq Sosial Araşdırmalar İctimai Birliyi

17. Rəfail Ağayev “Avropa Gənclər Parlamenti – Azərbaycan” ictimai birliyi

18. Nərgiz Balakişiyeva Ziya Hüquqi və sosioloji araşdırmalar Cəmiyyəti

19. Seymur Verdizadə Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyi

20. Araz Aslanlı Qafqaz Beynəlxalq münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi

21. İradə Yaqubova ELS – Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi

22. Nüşabə Məmmədova “Beynəlxalq Dialoq və İnkişaf Alyansı İctimai Birliyi”

23. Vasib Sadıqov “Dirçəliş” İqtisadi Araşdırmalar Cəmiyyəti

24. İlham Məmmədzadə “Fəlsəfə Araşdırmalar” Ictimai Birliyi

25. Hatəm Cabbarlı Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

26. Ramil İsgəndərli Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi

27. Fəxrəddin Həsən-zadə “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi

28. Əhməd Əlili İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

29. Azər Əliyev Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası

30. Şəlalə Həsənova İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi

31. Səbuhi Abbasov Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi

32. Fuad Abbasov “Misra” informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi

33. Ayaz Mirzəyev “Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi”

34. Fuad Hüseynzadə “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” ictimai birliyi

35. Ramiz Əliyev “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi

36. Pərviz Mirələmli Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı

37. Şəhla Nağıyeva “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi

38. Toğrul Allahverdili Üçüncü Sektor İctimai Birliyi

39. Məryəmxanım Tağıyeva-Zeynalova “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı”

40. Qurban Kərimbəyli “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi

41. Günay Vəlizadə Ermənistandan olan Azərbaycanlı qaçqınlar İctimai Birliyi

42. Fərid Şahbazlı İslahatçı Gənclər İctimai Birliyi

COP29