!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT-lər Ermənistanın müharibə cinayətləri ilə bağlı dünyaya müraciət etdilər

!Reklam – Yazi

qht-shurasi200-dən artıq ölkə QHT-si Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Sənəddə vurğulanır ki, 2016-cı il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələrinin təxribatı nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ regionunda vəziyyət yenidən gərginləşmişdir. Ermənistan silahlı qüvvələri 4 mülki şəxsi qətlə yetirmiş, 18 mülki şəxsi isə yaralmışdır. Müraciətdə qeyd olunur ki, həlak olmuş Azərbaycan əsgərlərinin cəsədləri üzərində işgəncə, insan ləyaqətini alçaldan rəftar əlamətlərinin aşkarlanması Ermənistanın “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının müddəalarını kobudcasına pozmasını, ümumbəşəri dəyərləri növbəti dəfə riyakarcasına tapdalamasını sübut edir.
QHT-lər beynəlxalq ictimaiyyəti törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərə görə Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Müraciətin mətni və imzalar əlavə edilir.

www.yenicag.az

524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv