QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi

Sentyabrın 17-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda Agentliyin 2025-ci il üzrə qrant müsabiqələri mövzuları, “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin nəticələri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib, qarşıda duran aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

COP29