Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

“QHT-lərin seçki prosesindən kənarda qalacağını düşünmək doğru deyil” - Əliməmməd Nuriyev  

Reklam: High Technic

“Seçkilərlə bağlı fəaliyyət göstərmək niyyətində olan QHT-lər bu istiqamətdə vaxtında hazırlıq görməliydilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 11 aprel növbədənkənar prezident seçkiləri prosesində qeyri-hökumət təşkilatlarının iştirak imkanlarını dəyərləndirən “Konstitusiya” Araşdırmalar Fondunun prezident Əliməmməd Nuriyev deyib.

Nuriyevin fikrincə, seçkilərdə müşahidəçilik və maarifçilik istiqamətində fəaliyyət planlaşdıran QHT-lər üçün seçkilərin vaxtının dəyişdirilməsi çətinlik yaratmamalıdır:

“Mən QHT-lərin 11 aprel seçkilərində prosesdən kənarda qalacaqları haqda fikirlərlə razılaşmıram. Çünki prezident seçkilərində bu və başqa layihə həyata keçirtməyi planlaşdıran ictimai sektor təmsilçiləri prosesdə iştiraklarını vaxtında planlaşdırıblar.

O baxımdan, ciddi QHT-lər seçkilərlə bağlı iş fəaliyyətlərini böyük ehtimalla artıq ötən ilin sonlarından proqramlaşdırıb və layihələrini hazırlayıblar. Ona görə də hazırlıqlarını vaxtında tamamlayan təşkilatların hansısa çətinliklərlə qarşılaşacağı düşünülmür.

Fikrimcə, hazırlıq işlərini vaxtında tamamlayan qurumlar öz layihələrini donorlara təqdim ediblər. Müsbət cavab alanlar təbii ki, layihələrini qrafikə uyğun qaydada həyata keçirəcəklər.

Eyni zamanda, milli donorlardan başqa, xarici donorlar da QHT-lərin seçkilərlə əlaqədar layihələrini maliyyələşdirirlər. Ancaq xarici donorlarla əməkdaşlıq üçün qanunvericilikdə nəzərdə tutulan müəyyən şərtlərə əməl olunmalıdır.

Bu sırada həmin donor təşkilatın mənsub olduğu ölkə ilə Azrbaycanın müvafiq müqaviləsi olmalıdır. Yaxud da konkret donor qurumun Azərbaycanda filialı fəaliyyət göstərməlidir. O halda, yerli təşkilatların xarici donorlarla əməkdaşlıq etmələri mümkündür.

Bəli, QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə layihələrin alınması və icrası artıq problemli görünür. Lakin Azərbaycanda Gənclər Fondu, Bilik Fondu və digər milli donorlar var. Yəni QHT-lər öz layihələrini bu qurumlara da təqdim edərək, seçkilərin müşahidəsi, yaxid maarifçilik istiqamətində layihələrinə dəstək ala bilərlər.

Ona görə də QHT-lərin seçki prosesində iştirak imkanlarının vaxt çatışmazlığı baxımından məhdudlaşdığını düşünmək doğru olmazdı”.

Araz Zeynalov

www.yenicag.az

1786
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM