!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT-lərin xarici əlaqələri müzakirə edilib

!Reklam – Yazi

7df17406-8e76-4c0d-867a-d9ac28cd9220Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında xarici QHT-lər və onların qurduğu koalisiyalarla tərəfdaşlıq münasibətləri olan, birgə layihələr icra etmiş QHT-lərlə görüş keçirilib.

Toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə təbliği üçün 2013-cü ildən etibarən xarici QHT-lərin çoxsaylı layihələrini maliyələşdirdiyini deyib. Müasir dünyada vətəndaş cəmiyyəti institutlarının artan rolunun əhəmiyyətini vurğulayan Azay Quliyev ölkə QHT-lərinin beynəlxalq platformalarda fəaliyyətlərini gücləndirmələrinin vacibliyini qeyd edib.

Prezident Adminstrasiyası xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibəyli bu günki görüşün milli QHT-lərin xarici tərəfdaşları ilə münasibətlərini, resurslarını və ideyalarını müzakirə etmək məqsədi daşıdığını bildirib. Ərəstü Həbibbəyli müasir dünyada beyin mərkəzlərinin, QHT-lərin “yumşaq güc”ün əsas elementlərindən biri olduğunu və bu imkandan səmərəli istifadə etmənin dövlətimizin qarşısında dayanan vəzifələrdən biri olduğunu deyib.

QHT rəhbərləri Faiq İsmayılov, Umud Rəhimoğlu, Asif Əsgərli, Nazim Əhmədli, Azər Həsrət, Araz Aslanlı, Çingiz Bayramov, Məzahir Əfəndiyev, Sevil Yusifova, Şəhla Nağıyeva, Nərgiz Xələf, İsmayıl Ağayev, Mirhəsən Həsənov, Rauf Zeyni və digərləri xarici QHT-lərlə əlaqələri və üzv olduqları koalisiyalardakı fəaliyyətləri haqqında danışıblar.

Görüşün sonunda QHT rəhbərlərinin səsləndirdiyi təkliflərin ümumiləşdiriləcəyi və xarici QHT-lərlə əməkdaşlıq təcrübəsinə malik milli QHT-lərin platformasının yaradılacağı qeyd edilib.

 

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv