P361MEm1i2M2“Inci” məcburi köçkün qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Fermerlərin maarifləndirilməsi və innovativ texnologiyaların tətbiqi yolu ilə yerli istehsalın artırılmasına dəstək” layihəsinin icrasına strat verib.

Layihənin əsas məqsədi Biləsuvar rayonunda Cəbrayıl rayonundan və Füzuli rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə fəaliyyət göstərən fermerlərin maarifləndirilməsi və onların innovativ texnologiyaların tətbiqi sahəsində bilik və bacarıqlarının artırılmasına və məcburi köçkün qadınların məşğulluğunun təmin edilmsinə dəstək göstərilməsidir. Layihə çərçivəsində fermerlərin fəaliyyəti ilə əlaqəli olan hüquqi normalar və qanunvericiliyə edilmiş yeni dəyişikliklərlə bağlı fermerlər üçün təlim təşkil ediləcəkdir. Təlim zamanı eyni zamanda müasir innovativ texnologiyalardan istifadə və bununla öz biznes fəaliyyətlərini genişləndirməyin müasir metodları və beynəlxalq təcrübə barədə iştirakçılara geniş məlumat veriləcəkdir.

Bununla yanaşı layihə çərçivəsində Füzuli rayonunun Qayıdış məcburi köçkün qəsəbəsində tikiş-toxuculuq, qadın bərbəri, kompyuter kursları üzrə yaradılacaq Peşə-Təlim Mərkəzində 3 ay ərzində keçirilən kurslara 30 məcburi köçkün qadın cəlb ediləcəkdir.

Layihə 4 ay ərzində Cəbrayıl və Füzuli rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə icra ediləcəkdir.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."