Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

QHT sədri 6-cı dəfə məhkəməyə verildi – Niyaməddin Orduxanlıdan Aslan İsmayılova sərt sözlər

Keçmiş vəkil Asaln İsmayılov tanınmış QHT sədri Niyaməddin Orduxanlını xüsusi ittiham qaydasında məhkəməyə verib.

Bu barədə Yenicag.az-a açıqlama verən QHT sədri, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlının sözlərinə görə, keçmiş vəkilin ona qarşı məhkəmə iddiası qaldırmasının əsas səbəbi hüquqşünasın sosial şəbəkədə yazdığı təhqirləri cavabsız buraxmamasıdır.

Orduxanlı bildirib ki, keçmiş vəkil eyni ittihamla təkrar-təkrar məhkəməyə üz tutsa da, onun iddiaları hər dəfə əsassız sayılıb:

“Bu adam 2016-cı ildən başlayaraq, öz səhifəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev haqqında tərbiyəsizlik edir. Mən də onun partiyamızın sədrinə qarşı yol verdiyi təhqirləri cavabsız buraxmamışam.

Çoxları bilir ki, bir siyasətçi kimi, aktiv sosial şəbəkə istifadəçisi olaraq, “Facebook”da minlərlə izləyicim var. İyirmi ildən artıqdır, siyasi fəaliyyətlə məşğulam və heç kəs deyə bilməz ki, kiminsə ünvanına etikadan kənar bir cümlə yazmışam. Biz bu cür mübarizə yolunu qəbul etmirik.

Ancaq Aslan kimilər həddini aşanda təbii ki, cavablarını da alamalıdır! Aslan Orduxan Teymurxanın Azərbaycan versiyasıdır. Orduxan Hollandiyada oturub söyüş söyməklə məşğuldur, Aslan da Bakıda. Mənim ona yönəlmiş cavablarımdan sonra utanmadan beş dəfə Səbail rayon məhkəməsinə müraciət edib.

Telemüsahibələrində deyir ki, guya məni yalnız bir dəfə məhkəməyə verib. Mənim vəkilim, onun da çox yaxşı tanıdığı tanınmış vəkil Telman İbrahimov və Səbail rayonun 5 hakimi şahiddir ki, o, efirdə utanmadan bu yalanı danışır. Mən öz profilimdə iki il ərzində məhkəmənin çıxardığı 5 qətnamənin surəti yayıb, onun necə yalançı olduğunu sübut etmişəm.

Vəkilim Telman İbrahimov ona deyib ki, müdafiə etdiyim Niyaməddin Orduxanlını atıq altıncı dəfədir məhkəməyə verirsiniz. Eyni məzmun, eyni mahiyyət… Bilirsiniz, o, bundan sonra Avropa Məhkəməsinə çıxmaq istəyir. Söyüş söyən onun özüdür özüdür. Söyüşə görə məsuliyyət nəzərdə tutulursa, birinci növbədə ona cəza verilməlidir.

Abşeron rayon Məhkəməsi iki ay davam edən prosesin yekununda onun mənə qarşı xüsusi ittiham qaydasında qaldırdığını iddianı qəbul etməyib”.

www.yenicag.az

4675
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM