Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

QHT sədri: Prezidentin yüzlərlə jurnalistə ev bağışlaması dünyada ilk hadisədir

“255 jurnalistə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mənzil hədiyyə edildi. 3 il bundan öncə də 155 jurnalist ailəsi evlə təmin edilmişdi. 410 ailəyə dövlət rəhbəri tərəfindən mənzil hədiyyə edilməsi, çox böyük hadisədir”.

Bu fikirləri qhtxeber.az saytına “Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, həmçinin də Prezident tərəfindən növbəti binanın tikilməsinin təməli qoyuldu: “Dünəndən öz sevinc hisslərini bölüşən jurnalistlərin kimlikləri ilə tanış oldum. Demək olar ki, ölkənin tanınmış media nümayəndələri idi. Əksəriyyəti də mənzilləri olmayan və kirayədə qalan jurnalistlər idi. Onların necə sevinc içində olduqlarını şahidi olduq. 410 ailənin ailə üzvlərini, yaxın qohumlarını hesablasaq, minlərə insanı Prezident sevindirdi. Dünyanın heç bir yerində belə bir aksiya olmayıb. İlk dəfə Azərbaycanda bu cür addım atıldı. Məncə, dünyanın özünə bir mesaj oldu ki, 4-cü hakmiyyətin nümayəndələrinin qayğısını çəkmək lazımdır. Bütün bunlarla yanaşı, bu addıma həmişəki kimi kölgə salmaq istəyən və ev alan jurnalistlərə lağ edən insanlar da tapıldı”

Fikirlərinə yekun vuran N. Orduxanlı jurnalistləri təbrik edib: “Ev alan media işçilərini bir daha təbrik edirəm. Onlara fəaliyyətində uğurlar arzulayıram”.

Yenicag.az

www.yenicag.az

472
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM