Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu”

“Məhkəmənin qərarı ilə Tofiq Yaqublunun haqqında qərarın dəyişdirilməsi və onun ev həbsinə buraxılması hadisəsi radikal müxalifətin tənəzzülə uğradığını bir daha açıq şəkildə göstərdi”.

Yenicag.az xəbər verir ki, “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin sədri Büllur Məmmədova belə deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti bu addımı atmaqla, istisnasız olaraq, bütün vətəndaşlara münasibətdə yürütdüyü siyasətin humanjizm prinsiplərinə söykəndiyini nümayiş etdirdi. Bununla da dövlət, əslində, radikal müxalifətin ölkədə sabitliyi pozmaq, ictimai-siyasi münasibətləri öz çirkin maraqlarına uyğun şəkildə inkişaf etdirmək planlarını pozdu.

“Şübhəsiz ki, bu planların arxasında Azərbaycanın inkişafını gözü götürməyən xarici qüvvələr də, həmin qüvvələrin dəstəklədiyi 5-ci kolon da var idi. Bu baxımdan Azərbaycan məhkəməsinin Tofiq Yaqublu barəsində verdiyi qərar olduqca müdrik addım kimi dəyərləndirilməlidir”.

Büllur Məmmədova bildirdi ki, bu, radikal müxalifətin istər düşüncə tərzi, istərsə də milli maraqların təmin olunması nöqteyi-nəzərdən tamamilə yararsız olduğunu çılpaqlığı ilə ortaya qoydu.

“Bu hadisənin ikinci və daha ağır tərəfi var. Əli Kərimli, Gültəkin Hacıbəyli və bu kimi digər ünsürlərin siyasətçi olmadıqlarını, onların siyasi diletant olduqlarını hamı bilirdi. Tofiq Yaqublu ilə bağlı məsələ bunların iç üzünü sadəcə, bir daha göstərdi və buna heç kim təəccüblənmədi. Təəccüb doğuran və normal insanı dəhşətə gətirən o oldu ki, bu hadisə radikal müxalifətin təsiri altında olan gənclərin, konkret olaraq, Tofiq Yaqublunun qızı Nigar Həzinin milli-mənəvi dəyərləri siyasi məqsədlər naminə tapdalamasıdır”.

“Nigar Həzinin bu davranışının yalnız bir izahı ola bilər” deyən QHT sədri bunları bildirib: “Bəllidir ki, Əli Kərimli üçün “məqsəd vasitələri doğruldur” prinsipi birinci yerdədir və dəyişməzdir. O, öz siyasi karyerasını irəli aparmaq üçün hər şeydər imtina etməyə qadirdir və bu günə qədər cəmiyyətimiz dəfələrlə bunun şahidi olub. Sözsüz ki, Əli Kərimliyə Tofiq Yaqublunun sağ-salamat evinə qayıtması yox, onun aclığı davam etdiməsi və bu zəmində ölməsi sərf edirdi. Belə olan halda, Kərimli “siyasi ölü” statusunu çiyinlərindən atıb, öz aləmində, Azərbaycan dövlətinə qarşı “kart” əldə etmiş olardı. Bu, baş vermədi. Təbii ki, Kərimlinin rəhbərlik etdiyi bir qrup zombiləşmiş gənc öz “rəhbərlərinə” kor-koranə itaət edir və onun bütün davranışlarını, o cümlədən əqidəsizliyini, prinsipsizliyini mənimsəyir. Belə gənclərin sırasında, təəssüf ki, Nigar Həzi də var. Onun atası ilə bağlı sərgilədiyi mövqe Əli Kərimlinin mövqeyi ilə tamamilə üst-üstə düşür və nümayiş etdirir ki, bu psüvdo-insanlar üçün Tofiq Yaqublunun səhhəti yox, onun ölümünün qazandıra biləcəyi “siyasi dividendlər” daha vacibdir”.

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin sədri Büllur Məmmədova fikrini belə yekunlaşdırıb: “Tofiq Yaqublunun haqqında məhkəmə qərarının dəyişdirilməsi Azərbaycan dövlətinin humanizm siyasətinin zəfəridir. 5-ci kolonun bu hadisədən sui-istifadə edib ölkəmizin konstitusion quruluşunu zorla dəyişdirmək niyyəti növbəti dəfə iflasa uğradı. Çünki, radikal müxalifətin bu cür antimilli əməlləri sağlam düşüncəyə malik olan, milli maraqları üstün tutan, siyasətinin mərkəzində hansısa korporativ marağın yox, insan və vətəndaşın dayandığı Azərbaycan dövlətinin qarşısında cılız və acizdir”./AKTUAL TV/

www.yenicag.az

247