!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT sədrinin Turizm Agentliyindən NARAZILIĞI - "Ölkə başçısının tapşırığını saymırlar?” - SƏRT ETİRAZ

!Reklam – Yazi

Dövlət Turizm Agentliyi tərəfindən elan edilən qrant müsabiqəsinin son tarixi 6 aprel 2022-ci il tarixdə bitib.

Amma Agentlik bu günə qədər layihələrin nəticələrini açıqlamır və gəzən söz-söhbətə qulaq versək, deyirlər ki, gözünüzü yığın qurum QHT-lərə dəstək verməyəcək. Digər söz-söhbətdədə deyirlər ki, layihələr artıq verilib.

İndi kimə inanaq və ümid edək mi ümumiyyətlə?!

Ölkə Başçısının tapşırığına əsasən 5 illik ideoloji strategiya həssas qruplara diqqət və qayğının artırılmasıdır. QHT-lər də öz növbəsində bu istiqamətdə layihə təklifləri verir və gözləməkdən gözümüzün kökü saralır. Deməli, ya bu qurum QHT-ləri ciddiyə almır, ya ölkə başçısının tapşırığını saymır, ya da deyilənlər doğrudur.

O zaman zənglərə və emaillərə nəticə haqqında məlumat verməyi özünə borc bilməyən qurumdan nəyi gözləyirik?

Nəyə görə günlərlə layihə hazırlayıb təqdim etmişik?

Bizim layihənin nə əhəmiyyəti qalır?

QHT-lərin potensialından istifadə etməyən qurumlar, layihələri təbii ki, zibil qutusuna atmır. Hazır ideyanı məhsula çevirmək çox asandır.

QHT-ləri bir-iki qurumdan asılı saxlamaq kimlərin marağındadır?

Turizm Agentliyi daxili turizmin aşağı səviyyədə xidmət sahəsini təkmilləşdirməyə və daxili turizm bazarının keyfiyyətini yüksəltməyə nə zaman başlayacaqsız?

Bölgələrdə od tutub yanan qiymətləri nə zaman standartlaşdıracaqsız?

Gözəl Vətənimizin turizm imkanlarından əhalinin bəhrələnmək haqqını niyə əlindən alırsız?

Niyə öz ölkəmizdə az imkanlarla istirahət edə bilmədik. Üstünə bir də layihələri insan beyninin məhsulu hesab edib dəyər verməyi və qiymətləndirməyi düşünmürsüz?

Bu layihələrdə neçə-neçə insanlar işlə təmin olunacaqdı, bölgələrdə Şəhid ailə üzvləri, fiziki məhdudiyyətli insanlar, qazilər, aztəminatlı ailələr turizmin inkişafında yaxından iştirak edərək, maddi və mənəvi bəhrələnəcəkdilər. Onların inkişafı ölkə büdcəsinə mənfəət qazandıracaq,kənddən şəhərə axının qarşısını alacaq, sosial rifahı yüksəldəcək vətəndaş məmnuniyyətini artıracaqdır. Dövlət büdcəsindən asılılığın qarşısını almaqda prioritet məqsədlərdəndir yiəqin məlumatınız var.

P.S. Ümid sonda ölür deyirlər. Yaxın zamanda nəticələri görə biləcəyimizə ümid edib inanmaq qalır bizə.

Zülfiyə Nuriyeva

QHT sədri

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv