Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

QHT Şurası üzvlüyünə daha bir qrup üzrə seçki keçirildi

aab69c37-59d8-471e-a10a-b0290c40af28Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Səhiyyə, sağlamlıq və ekologiya” qrupu üzrə seçki keçirilib.

İclasa açıq səsvermə ilə Sevda Tahirli sədr, Samirə Mustafayeva isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. Sevda Tahirli iclasda qeydə alınmış 70 QHT nümayəndəsindən 67-si iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında ətraflı məlumat verib.

Şura üzvlüyünə namizədlər “Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası”nın prezidenti Gülnarə Hüseynova, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov, “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin prezidenti Qəmzə Yusubova və “Səma və Eko” Elmi-Praktik İctimai Birliyinin sədri İradə Həsənova iclasda çıxış ediblər.

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Anar Xəlilov (46 səs), Gülnarə Vəliyev ( 29 səs) və Qəmzə Yusubova (13 səs) olub.

Qeyd edək ki, sabah “Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” qrupu üzrə seçkilər keçiriləcək.

 

Loading...

www.yenicag.az

520
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100