QHT Şurasının adından yalan xəbərlər yayılır

43022Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası KİV nümayəndələrinin müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “Naməlum elektron ünvandan müxtəlif media qurumlarına Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti haqqında yalan, iftira və təxribat xarakterli məlumatlar göndərilib. Kütləvi informasiya vasitələrindən bu məsələ ilə bağlı diqqətli olmaları xahiş olunur”.