!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT Şurasının dəstəyi ilə Vaşinqtonda Qarabağa dair sərgi-Foto

!Reklam – Yazi

img1922988Vaşinqtonda, ABŞ Konqresinin binasında www.azerbaijaniartifacts.com virtual sərgisinin başlanmasına həsr olunan “Azərbaycan mədəniyyətinə səyahət” adlı təqdimetmə mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qarabağ” Fondu tərəfindən təşkil edilmiş tədbirdə ölkəmizin mədəni irsinin artefaktları təsvir olunmuş fotoplakatlar, tarixi xəritələr və Ermənistan-Azərbaycan münaqişəsi dövründə məhv edilmiş eksponatlar nümayiş etdirilib.

Mərasimdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Elin Süleymanov, həmçinin Senat və Konresin rəsmiləri və digər qonaqlar iştirak edib. “Qarabağ” Fondunun rəbəri Diana Koen çıxışında beş ildir ki, Azərbaycan həqiqətlərini mədəniyyətin təbliği vasitəsi ilə amerikalılara çatdırmağa çalışdıqlarını qeyd edib. Diana Koen amerikalıların əksəriyyətinin Azərbaycan mədəniyyəti haqqında məlumatsız olduğunu bildirib. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində məhv edilən abidələri haqqında da danışıb: “Biz istəyirik ki, Konqresdəkilər Azərbaycanı yaxşı başa düşsünlər. Çünki, Azərbaycanın deyəsi sözləri çoxdur. Bu çox çətindir. Çünki, Konqresdəkilərin fikirləri müxtəlifdir. Amma daha asan odur ki, amerikalı görsün və Azərbaycan barəsində öyrənsin”.

Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanın qərblə şərq arasında körpü rolu oynayan, mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verən ölkə olduğunu vurğulayıb. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda tədbir iştirakçılarına ətraflı məlumat verərək, işgal altında olan ərazilərimizdəki nadir mədəniyyət abidələrinin məhv edildiyini diqqətə çatdırıb.
Toplantıda Smitson İnstitutu yanında Asiya Mədəniyyət Tarixi Proqramının direktoru Pol Maykl Teylorun arxeoloji araşdırmaları və tapıntıları maraqla qarşılanıb. “Boru kəmərləri dəhlizində keçmiş və gələcək irs: Azərbaycan, Gücüstan, Türkiyə” adlı kitabını tədbir iştirakçılarına təqdim edən Pol Maykl Teylor nəşrdə Azərbaycan mədəniyyəti ilə bağlı geniş məlumatların əksini tapdığını deyib: “Bunu işləmək çox çətin idi. Düşünürəm ki, amerikalı olub başqa ölkə haqqında məlumat toplamaq asan olmur. Mən bu iş üçün Mərkəzi Asiya ölkələrinə dəfələrlə səyahət etmişəm və muzey işlərini araşdırmışam”.

Qarabağ həqiqətlərini dünyada tanıdacaq bu kitab həm də Konqresin kitabxanasında saxlanılacaq.

 

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv