!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qida yağları bahalaşmağa davam edir – SİYAHI

!Reklam – Yazi

Azərbaycanda qida yağlarında qiymət artımları davam edir və əsasən də duru yağlarda artım daha çox nəzərə çarpır.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin may ayında xaricdən idxal olunub, bazarda satılan günəbaxan yağı aylıq müqayisədə 5.1%, illik müqayisədə isə 34.9% artıb bir litri 5.61 manata yüksəlib. Yerli istehsal günəbaxan yağının qiyməti isə 2.4%, illik müqayisədə isə 30.3% bahalaşıb, litri 4.98 manat olub.

Xaricdən idxal olunan qarğıdalı yağının qiyməti də bahalaşıb. Dövlət Statistika Komitəsi bildirir ki, onların bir litri  6.84 manata satılır. Bu da aylıq 4.3%, illik isə 22.3% bahalaşıb. Lakin onu da bildirməliyik ki, xaricdən idxal olunan qarğıdalı yağlarının böyük hissəsi real olaraq bazarda litri 8 manatdan yuxarı satılmaqdadır. Yerli istehsal olan qarğıdalının bir aydakı qiyməti 1.9%, illik isə 16.2% bahalaşmaqla 6.09 manat/litr təşkil edib.

Kərə yağının qiymət artımında bir qədər soyuma müşahidə edilməkdədir. Məsələn may ayında yerli istehsal kərə yağının bir kq-ı orta ölçüdə 18.38 manat olub, bu da aylıq 0.4%, illik 11% bahalaşmadır. Xarici istehsal olanlar isə aylıq 1.8%, illik 16.2% bahalaşma ilə kiloqramı 19.38 manat olub.

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv