!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qıfılı açılan teatrlara kimlər gedə bilməyəcək?- AÇIQLAMA

!Reklam – Yazi

“Qapıda mütləq COVID pasportu tələb olunacaq”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən oktyabrın 1-dən açılan Akademik Milli Dram Teatrının hansı qaydalar əsasında fəaliyyət göstərəcəyi barədə danışarkən teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Yenicag.az-a açıqlamasında deyib.

C. Zeynallı tələb olunan şərtləri də sadalayıb:

“Oktyabrın 1-dən etibarən teatr artıq öz fəaliyyətinə başladı. İki ilə yaxın olan fasilə geridə qaldı. Teatrın fəaliyyətinin davam etdirilməsi, əlbəttə, bütün karantin qaydalarının şərtlərinə uyğun olaraq qurulacaq. Qapıda mütləq COVID pasportu tələb olunacaq. Pasportu olmayanlar teatra buraxılmayacaq. Bizim teatrda 90 faizə yaxın əməkdaşlar arıtq vaksinasiya prosesindən keçib. Bu istiqamətdə heç bir problemimiz yoxdur. Teatrsevərlərdən də xahişimiz budur ki, mütləq şəkildə vaksin olunsunlar, çünkİ yalnız bu yolla tamaşalara qatıla bilərlər. Oktyabrın 1-dəq 15-ə qədər cari repertuarda olan tamaşaların məşqləri həyata keçiriləcək”.

Teatrın sözçüsü yeni mövsümdə yeniliklərdən də danışıb:

“Oktyabrın 15-də isə “Qarabağnamə” tamaşası ilə mövsümü açmağı planlaşdırırıq. Daha sonra isə Azərbaycan və dünya dramaturgiyasından olan əsərlər tamaşaçılara təqdim olunacaq. Yeni mövsümdə planlar çoxdur. Həm yerli festival, həm də premyeralarla bağlı yeniliklər çoxdur”.

Cəvahir

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv