Avropa Oyunlarının qılıncoynatma yarışlarına start verilib.
“Baku Crystal Hall”da Avropanın ən güclü qılıncoynadanların mübarizəsi başlayıb. Beş yarış günü ərzində 216 qılıncoynadan fərdi və komanda şəklində rapira, şpaqa və sablya yarışlarında iştirak edəcək.
Qılıncoynatma yarışlarında 16 idmançımız birincilik uğrunda mübarizə aparacaq. Bunlar Cavanşir Ağakişiyev, Sevil Bunyatova, Abdulla Həsənov, Sabina Mikina, Fatimə İbrahimova, Azər Tağıyev, Cavanşir Səfərov, Sevinc Bunyatova, Nəcəf Məhərrəmov, Vəkil Nəsibov, Samirə Hüseynova, Kənan Əliyev, Nübar Məlikova, Mehrab Həsənov, Elmira Xudaverdiyeva və Məryam Məlikovadır.
Qılıncoynatma yarışlarının ilk günündə qadınlar arasında şpaqa yarışlarına start verilib. Bu növdə Azərbaycanı Elmira Xudaverdiyeva, Samirə Hüseynova, Məryəm Məlikova və Nübar Məlikova birincilik uğrunda mübarizə aparır.