Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən paradda iştirak etmək üçün Moskvaya gedən Qırğızıstan prezidenti Sooronbay Ceenbekov son anda fikrindən daşınıb.
Yenicag.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, prezidentin mətbuat xidmətinin rəhbəri Tolqonay Stamaliyeva bunun səbəbini açıqlayıb.
Stamaliyevanın sözlərinə görə prezidentlə Moskvaya gedən heyətdəki inanlardan ikisində koronavirus aşkarlanıb, buna görə parada qatılmaqdan imtina edib:
“Bundan sonra prezident parada qatılmamaq haqqında qərar verdi” – deyə Stamaliyeva bildirib.