Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Qırğızıstan millisini zəif rəqib hesab etmirəm” - Qurban Qurbanov

Reklam: High Technic

Mayın 29-da Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransı keçirib.

Yenicag.az xəbər verir ki, millimizin çalışdırıcısı komandamızın qarşıdakı oyuna hazırlıq səviyyəsi barədə bunları söyləyib:

“Millətlər Liqası turnirindən öncə son toplanışımızdır. Heyətin formalaşdırılması üçün daim axtarışdayıq. Bu toplanışda futbolçuların getdikcə daha istəkli olduğunu hiss etdim. Təkcə millidə yox, “Qarabağ”la hazırlıq prosesində olduğumuz zaman da çalışırıq ki, ilk yoxlama oyununu nisbətən zəif komandalara qarşı keçirək. Belədə futbolçularımızın meydanda etmək istədiklərinin dəfələrlə təkrarlanmasına imkan olur. Hesab etmirəm ki, Qırğızıstan millisi zəif rəqibdir. Bu müstəvidə bütün rəqiblərə güclü və ya zəif kimi yox, milli komanda prizmasından yanaşmaq lazımdır.

Millətlər Liqasında eyni qrupda mübarizə aparacağımız rəqiblər haqda məlumatlar toplamağa başlamışıq. Hətta bəzi oyunlarını canlı izləmişik. Bu istiqamətdə işimizi davam etdiririk”.

www.yenicag.az

1229
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS