Qırğızıstan parlamentində YANĞIN: Bina boşaldıldı

Qırğızıstan parlamentinin binasında yanğın baş verib.

Yenicag.az “Interfax”a istinadən xəbər verir ki, yanğın binanın zirzəmisində qeydə alınıb. Binadakı şəxslər təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada yanğının söndürüldüyü, ölən və xəsarət alanın olmadığı bildirilib.

Yanğının baş vermə səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.