Qırğızıstan prezidenti Moskvaya aparıldı

78b072410f33ffa937b16da58869256e5a43d5090f3081b1969b5b518d270e941474610193Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev müalicəsini Rusiyada davam etdirəcək.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, dövlət başçısı rusiyalı həkimlərin dəvəti ilə Moskvaya gedib.

A.Atambayev Rusiya paytaxtındakı Mərkəzi Klinik Xəstəxanada müalicə olunacaq.

Xatırladaq ki, Qırğız Respublikası prezidentinin mətbuat xidməti A.Atambayevin səhhətinin pisləşməsi ilə bağlı tibbi müayinədən keçmək məqsədilə məzuniyyətə çıxdığını açıqlayıb. Məzuniyyət oktyabrın 1-də başa çatacaq.

Xatırladaq ki, sentyabrın 19-da Qırğız prezidenti ürəyindəki problemlərlə əlaqədar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edərək, Türkiyənin İzmir əyalətinin Çeşme rayonunda həkim nəzarəti altında istirahət edirdi.