Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Qırğızıstan seçkiləri: Simalar dəyişdi, ölkənin siyasəti də dəyişəcəkmi?

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Soronbay Jeenbekovu prezident seçkilərinin qalibi olub.

Yenicag.ru xəbər verir ki, ötən gün Qırğızıstanda keçirilmiş prezident seçkilərində namizədlər aşağıdakı nisbətdə səs toplayıblar:

1) Soronbay Jeenbekov – 54.81%
2) Omurbek Babanov – 33.74%
3) Adaxan Madumarov – 6.48%
4) Temir Sariyev – 2.56%
5) Talatbek Masadıkov – 0.63%
6) Ulukbek Koçkorpov – 0.5%
7) Azimbek Beknazarov – 0.16%
8) Arstanbek Abdıldayev – 0.12%
9) Arslanbek Maliyev – 0.1%
10) Ernis Zarlıkov – 0.09%
11) Toktayım Umetaliyeva – 0.09%

Namizədlərin 0,72 faizi bütün namizədlərin əleyhinə səs verib.

Qeyd edək ki, Qırğızıstanda keçirilmiş prezident seçkiləri ərəfəsində fəaliyyətdə olan dövlət başçısı Almazbek Atambayev Qazaxıstan rəhbərliyini və şəxsən prezident Nursultan Nazarbayevi hədəfə alaraq, onu ölkəsinin daxili işlərinə qarışmaqda ittiham etmişdi.

Atambayevin bu ittihamı Bişkek və Astana arasında münasibətlərin gərginləşməsinə səbəb oldu. Hər iki ölkənin rəsmi şəxsləri və ekspertləri bu dövlətlər arasında münasibətlərin az qala dayandırılmasına səbəb olan siyasi mübahisəyə fəal surətdə qoşuldular.

Atambayevin məlum ittihamlarına cavab verən Nazarbayev isə bu iddiaların əsassız olduğunu bildirib:

“Qazaxıstan ən çətin günlərində qardaş qırğız xalqına yardım əlini uzadıb. Qanuni prezident Bakiyev devriləndə, Roza Otunbayevanın xahişi əsasında, Qazaxıstanın xüsusi təyinatlıları mənim əmrimlə işə qarışdılar. Biz Bakiyevi oradan çıxartdıq.

O zaman qanunsuz silahlı birləşmələr Qırğızıstanda özbaşınalıq edirdilər. Atambayevin bizim ünvanımıza səsləndirdiyi ittihamlar qardaş xalqlarımız arasındakı münasibətlərə kölgə sala bilməz”.

Qırğızıstanda prezident seçkiləri artıq yekunlaşıb və Atambayevin siyasi varisi hesab olunan Jeenbekov “marafon”un qalibi olub. Atambayevin “Nazarbayevin adamı” adlandırdığı Babanov isə ikinci yeri tutub. Artıq dünyanın diqqəti lokal münaqişələrin alovlanma təhlükəsinin artdığı Orta Asiyaya yönəlib.

Xaricdən, konkret olaraq, radikal qruplaşmaların getdikcə fəallaşdığı Əfqanıstandan gələn təhlükə region ölkələri arasında qarşılıqlı anlaşmanın vacibliyini daha da gücləndirib. Hətta kiçik qığılcım belə bütün Asiyanı bürüyən böyük müharibəyə səbəb ola bilər.

Seçkilərin qalibi olan Jeenbekov isə keçirtdiyi mətbuat konfransında Nazarbayevlə bağlı sualı da cavablandırıb. O, Qazaxıstanla münasibətlərin qarşılıqlı hörmət əsasında qurulacağını deyib:

“Hər bir ölkə suveren dövlətdir. Onlar bir-birilərinə hörmətlə yanaşsalar, o zaman məsələlər də asanlıqla öz həllini tapar. Biz bu məcrada işləyirik, hər kəsə hörmətlə yanaşırıq.

Nazarbayev bizə qonşu olan qardaş dövlətin prezidentidir. Əməkdaşlıq etdiyimiz bütün dövlətlərə və onların prezidentlərinə də münasibətimiz hörmətə əsaslanır”.

Jeenbekovun qələbəsi bir daha göstərir ki, Qırğızıstan SSRİ-nin süqutundan sonra seçdiyi geopolitik siyasi kursa sadiq qalacaq. Bişkek bundan sonra da Avrasiya İqtisadi İttifaqına inteqrasiya siyasətini davam etdirəcək və Qırğızıstan hökuməti əsas addımlarını özünün müttəfiqi, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin siyasi patronu sayılan Rusiya ilə razılaşdıracaq.

Bundan başqa, Qazaxıstan və Qırğızıstan qonşuluq və qardaşlıqdan əlavə həm də KTMT, Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı kimi qurumların tərkibində birgə təmsil olunurlar. O baxımdan, bu ölkələrin münasibətlərində ciddi gərginliyin yaranması gözlənilmir.

Əksinə, ola bilsin ki, Jeenbekov özünün ilk rəsmi səfərini Mərkəzi Asiyanın ən böyük dövləti olan Qazaxıstana edərək, Nazarbayevlə görüşsün.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1345
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM