Qırğızıstan silkələndi

Qırğızıstanda 4,6 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, “UTC” vaxtı ilə saat 06:54-də qeydə alınan yeraltı təkanların episentri Karakol şəhərindən 65 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.