!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qırğızıstan və Özbəkistan müharibəyə hazırlaşırlar

!Reklam – Yazi

102-300x203Özbəkistan ilə sərhədyanı münaqişələr qaçılmazdır və onun ölkəsi Daşkəndin istənilən aqressiv davranışına layiqli cavab verməyə hazırdır.

Oxu.az livejournal.com-a istinadən xəbər verir ki, bunu Qırğızıstanın rəhbəri Almazbek Atambayev martın 24-də Bişkekdə 2005-ci ilin “zambaq inqilabı”na həsr edilmiş bağın təməlinin qoyulması mərasimində bəyan edib.

Atambayev xatırladıb ki, sərhəddə 50 mübahisəli sahə mövcuddur, eləcə də Qırğızıstanın “sərhəd boyu yerləşən və ona məxsus olan obyektlərini geri götürəcəyini” vəd edib.
Qeyd edək ki, daha öncə Qırğızıstan prezidenti KTMT-yə Özbəkistan ilə sərhəddəki mübahisəni həll etmək üçün köməyə görə müraciət edib.

Qırğızıstan tərəfinin versiyasına görə, martın 18-də özbək sərhədçiləri sərhədin razılaşdırılmamış hissəsinə iki zirehli transpartyor və 40 hərbçi yerləşdiriblər, orada tikanlı məftil çəkiblər, 4 metr dərinliyində yarğan qazıblar və stünlar basdırıblar.

Bununla yanaşı, Özbəkistan birtərəfli qaydada “Madaniyat-avtodorojnı” nəzarət-keçid məntəqəsini bağlayıb və qırğız vətəndaşları üçün “Dostuk-avtodorojnı” keçid məntəqəsində məhdudiyyətlər qoyub. Qırğız paytaxtından “fövqəladə vəziyyət halı üçün” münaqişə rayonuna “Skorpion” (“Əqrəb”) elit xüsusi təyinatlılar dəstəsi göndərilib.

Hökumətin sərhəd məsələləri üzrə xüsusi nümaynədəsi Kurbanbay İskandarov bəyan edib ki, özbək hərbçiləri Qırğızıstan ilə mübahisəli sahəyə Bişkekin respublika ərazisində yerləşən obyektləri öz balansına qaytarması səbəbindən daxil olub.

Onun sözlərinə görə, bu obyektlərin sırasına Ala-Bukedə yerləşən (Cəlal-Abad vilayətinin Çatkal rayonu) və sərhədyanı ərazinin 10-12 km yerləşən Orto-Tokoysk su anbarı daxildir.

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv