Qırğızıstanda dövlət çevrilişi cəhdi: Saxlanılan var – FOTO

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTK) əməkdaşları hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhd etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Yenicag.az xəbər verir ki, Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, İmamidin Taşov Qırğızıstan-Qazaxıstan sərhədini qanunsuz keçib. O, Almatıdan Qara-Baltaya gedərkən saxlanılıb.

Məlumatda qeyd edilir ki, Tikinti şirkətinin rəhbəri hakimiyyətin sonradan ələ keçirilməsi ilə etiraz aksiyası keçirmək üçün qüvvələri birləşdirməkdən ötrü müvəqqəti qərargah təşkil etməyi planlaşdırırdı.

Yanvar ayında təhlükəsizlik qüvvələri dövlət çevrilişinə cəhddə şübhəli bilinən qrupa qarşı əməliyyat keçirib. Daha sonra Qırğızıstan hüquq-mühafizə orqanlarının əməkdaşları çevrilişin hazırlanması üzrə təşkilati tədbirlərin Taşov tərəfindən maliyyələşdirildiyi barədə məlumat alıblar.

MTN Taşov barəsində kommersiya və ya digər təşkilatların əməkdaşları tərəfindən hakimiyyəti zorakılıqla ələ keçirməyə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə çağırdığına görə barəsində dövlətlərarası həbs qərarı çıxarıb.

1983-cü il təvəllüdlü Taşov axtarışda olarkən hakimiyyəti ələ keçirmək məqsədilə əhalini çaşdırmaqla sosial şəbəkələr vasitəsilə aktiv işə cəlbetmə işləri aparıb. Hazırda müvafiq istintaq tədbirləri davam etdirilir.

COP29