Qırğızıstanda hərbi avtomobil qəzaya uğrayıb, 28 əsgər yaralanıb

Qırğızıstanın cənubunda hərbçiləri daşıyan “KamAZ” markalı yük maşını yaşayış evinə çırpılıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, insident bu gün Kadamjay şəhərində qeydə alınıb.

Hadisə nəticəsində 28 hərbçi xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin ağır vəziyyətdə olduğu bildirilir. Qəzanın səbəbləri barədə məlumat verilmir.

Yeniçağ.Az