Qırğızıstanda keçmiş nazir və oğlu həbs edildi

Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Dinara Kutmanova ilə oğlu həbs edilib.

Yenicag.az “Kazinform”a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin “Vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə təqsirli bilinən Kutmanova və oğlu ayrı-ayrılıqda 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, sabiq nazirin əmlakı müsadiər edilib və üç il müddətinə dövlət vəzifəsi tutması qadağan edilib.