Qırğızıstanda koronavirusa yoluxanların SAYI

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 38 nəfər yoluxub.

Yenicag.az xəbər verir ki, bununla da ölkədə yoluxanların ümumi sayı 1 974 nəfərə çatıb.

Ötən sutka ərzində 20 nəfər isə koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə, ölkədə 1 360 nəfər COVİD-19-dan sağalıb.