Qırğızıstanda prokuror qətlə yetirildi

Qırğızıstanın Batken vilayətinin prokuroru Anarbay Mamajakıpov qətlə yetirilib.

Yenicag.az xəbər verir ki, faktı Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Kərimə Amankulova da təsdiqləyib:

“Faktla bağlı respublikanın Cinayət Məcəlləsinin “qətl” maddəsi üzrə cinayət işi başlanıb. Şübhəli şəxs saxlanılıb, onunla əməliyyat-istintaq tədbirləri aparılır”.

Qeyd edək ki, Anarbay Mamajakıpov bu ilin may ayında Batken vilayətinin prokuroru təyin edilib. Daha əvvəl A.Mamajakıpov Talas şəhərinin prokuroru olub.