!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qırğızıstanda referendum baş tutub

!Reklam – Yazi

referendum-kirqiziyaBu gün Qırğızıstan Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı keçirilən ümumxalq səsverməsində (referendum) artıq seçicilərin 30,41 faizi səs verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, qanunvericiliyə əsasən seçicilərin 30 faizindən çoxu səs verdiyi üçün Qırğızıstan Mərkəzi Seçki Komissiyası referendumun baş tutduğunu açıqlayıb.

Milli Məclisin deputatı Musa Quliyev referendumun gedişini MDB və TürkPA missiyası tərkibində izləyir. Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Qabil Orucov, Elşən Əskərov, Arifə Muxtarova və Kəmalə Əliyeva da müşahidəçilər arasındadır.

Xatırladaq ki, Qırğızıstan müstəqilik əldə etdikdən sonra Konstitusiyaya indiyədək yeddi dəfə düzəliş olunub.

Yenicag.az

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv