!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qırğızıstanda təyyarə qəzaya uğrayıb: ölənlərin sayı 37 nəfərə çatıb - FOTO - YENİLƏNİB

!Reklam – Yazi

“Türk Hava Yolları”na məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb.

APA-nın “Kommersant”-a istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.

Nazirlikdən bildirilib ki, ölən 37 nəfərdən 30-un kimliyi müəyyənləşdirilib. Digər 7 cəsədinin qalıqları tapılıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 7-si uşaq olmaqla, 11 nəfər xəstəxanaya yerləşdirilib.

Ölkənin Baş Prokurorluğu faktla bağlı cinayət işi başlayıb.

***

Bişkekdə Turkish Airlines şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Yeniçağ.Az-ın məlumatına görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi bildirib.

***

Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb.

Yeniçağ.Az-ın məlumatına görə, təyyarənin qəzaya uğraması nəticəsində azı 16 nəfər ölüb.


Qeyd edək, ki “Boeing 747” təyyarəsinin Honkonq-Bişkək marşrutu üzrə uçduğu bildirilir. Qəza təyyarə eniş edərkən baş verib.

Yeniçağ.Az

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv