Qırğızıstanda vəziyyət gərginləşir – Sabiq prezidentin 1000-ə yaxın tərəfdarı paytaxta gəlir

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin minə yaxın tərəfdarı Bişkekə gedir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, tərəfdarlar Koy-Taş kəndindəki iqamətgahdan paytaxta doğru irəliləyir.

Qeyd edək ki, Qırğızıstan Respublikasının sabiq prezidenti A.Atambayev rüşvətxorluqda ittiham edilir. Onun barəsində həbs qərarı çıxarıldıqdan sonra xüsusi təyinatlı qüvvələr iqamətgahına basqın etmişdi. Sabiq prezident polisə könüllü təslim olub və Bişkekə gətirilib.

Həşim Səhrablı 

COP29