Qırğızıstanda yeni baş nazir seçildi

Qırğızıstan parlamenti ölkənin yeni baş naziri qismində Sadır Japarovu təsdiq edib.

Yenicag.az-ın məlumatına görə, Qırğızıstanın yeni hökumətinin tərkibi, strukturu və proqramı da təsdiq olunub.

Qeyd edək ki, ölkədə oktyabrın 4-də keçirilmiş parlament seçkilərindən sonra baş vermiş etirazlar nəticəsində baş nazir Kubatbek Boronov istefa vermişdi.