!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qırıcı seçimində QƏRARSIZLIQ: "Milyardlar xərcləyərək MİQ-35 almağa dəyər?" - Hərbi ekspert

!Reklam – Yazi

“Bu gün Azərbaycan silahlı qüvvələrinin arsenalında olan MİQ-29-ların moderinləşməsi müəyyən qədər üstünlük yarada bilər ki, nəinki milyardlar xərcləyib bir neçə MİQ-35 almaq”.

Bunu Azərbaycanın döyüş təyyarələrini yeniləmə layihəsinə və təklif olunan qırıcıların effektivliyinə münasibət bildirən hərbi ekspert Ramin Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Ramin Məmmədli Azərbaycanın döyüş təyyarələri almaq məsələsində qərarsız qalmasını belə şərh edib:

“2000-ci illərdən başlayaraq Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin yenilənməsi ilə bağlı müəyyən işlərə başlanılmışdı. 2007-ci ildə MİQ-29 döyüş təyyarələri Ukraynadan alındı. Bununla da Azərbaycan hava məkanında gücünü artırmış oldu. Ötən dövr ərzində proseslər dəyişdi. İran döyüş təyyarələrini gücləndirdi. Ermənistan Rusiya tərəfindən SU-30 çoxtəyinatlı döyüş təyyarələri ilə təchiz olundu. Bununla da, Azərbaycan hava məkanının döyüş təyyarələri ilə qorunması üçün layihəyə yenidən baxmaq məcburiyyətində qaldı.

Ötən 10 il ərazidə Azərbaycan döyüş təyyarələrinin alınması istiqamətində danışıqlar aparırdı. Bu istiqamətdə ən çox müzakirə olunan Pakistanın JF-17 təyyarələri idi. Həmçinin Rusiya Azərbaycana S-30 təyyarələrini təklif edirdi. Bununla yanaşı Avropa Birliyinin istehsalı olan “Eurofighter” döyüş təyyarələrinin də Azərbaycana satışı ilə bağlı müəyən təkliflər gəlmişdi. Hərbi hava qüvvələrinin döyüş parkının yenilənməsi həm də siyasi məsələ olduğunda Azərbaycan dövləti müəyyən qədər manevr etmək məcburiyyətində qaldı. F-16-ların alınması mümkün deyil. “Eurofighter” döyüş təyyarələri ilə bağlı da müəyyən problemlər var. Ortaya yalnız Pakistanın Çinlə birgə istehsal etdiyi MİQ-21 döyüş təyyarəsinin döyüş bazasında yaradılan JF-17-nin satın alınması məsələsi gündəmdə qaldı. JF-17-nin Azərbaycana satılması ilə bağlı Pakistan tərəfinin aktivliyi görünür. Azərbaycana daim gəlirlər, gedirlər, təqdimatlar edirlər. Hərbi Hava Qüvvələrinin nümayəndləri dəfələrlə Pakistanda olublar. Ancaq birmənalı qərar qəbul olunmadığına görə, müəyyən suallar ortaya çıxır. Rusiya da Azərbaycana döyüş təyyarələri satmaq üçün aktivliyini artırıb. Daha əvvəl SU-30-u təqdim etməsinə baxmayaraq, daha sonra “MiQ-35″ qırıcılarının da təklif olunmasına dair informasiyalar yayıldı. Bildirmək istəyirəm ki, MiQ-35 MİQ-29-un yenilənmiş variantıdır. Bu Rusiya müdafiə sənayesinin məhsulu olmaqla yanaşı, Sovet müdafiə sənayesinin davamıdır. Ancaq hələki bu təyyarə dünya ölkələri tərəfindən tam qəbul olunmayıb. Hindistan hərbi hava qüvvələrinin yenilənməsi layihəsi var. Ora MİG-35 də təqdim olumuşdu. Ancaq hindistalı mütəxəssislər gözlənilənlə qarşılaşmadılar. Kağız üzərində hər şey əladır, praktik olaraq MİQ-35-in texniki xarakteristikası kağız üzərindəki kimi deyil. Mühərrikdə müəyyən problemlər var”.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan MiQ-35-i almaqla hərbi hava qüvvələrini gücləndirmə istiqamətində yenilənmə həyata keçirə bilməyəcək:

“MİQ-29 özünü doğruldub. Ancaq çox təəssüf ki, MiQ-35 bu effekti verə bilmədi. Layihə olaraq yenidir, praktik olaraq effektiv deyil. Azərbaycan burada çıxılmaz vəziyyətdədir. Pakistanın JF-17-lərini almaqla müəyyən problemlərlə üzləşə bilər. Çünki JF-17 bir mühərrikli təyyarədir. Daha yaxşısı isə SU-30-dur. Qiymət məsələsində müəyyən problemlər var.

Burada təkcə təyyarə almaqdan söhbət getmir. Həm də texniki təchizat və digər xidmətlər var ki, onlar da ciddi xərc tələb edir. Düşünürəm ki, Azərbaycan daha alternativ variant ortaya qoymalıdır. Neytral ölkələrin birinin döyüş təyyarəsini almaqla Azərbaycan doğru addım atmış olar”.

Səxavət Məmməd

www.yenicag.az

899
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv