Rumıniyada qırıcı MiQ-21 Lancer təyyarəsi Feteşti hərbi-hava bazası yaxınlığında qəzaya uğrayıb.
Yenicag.az xəbər verir ki, ölkənin Milli Müdafiə Nazirliyinin saytında yayılan məlumata görə, hadisə zamanı pilot 36 yaşlı leytenant Florin Rotaru həlak olub. O, 861-ci eskadrilyanın əsas qırıcısı olub.
Rumıniyanın Müdafiə Nazirliyinin xüsusi komissiyası qəza ilə araşdırmalara başlayıb.