Qırıcıların Bakı səmasında şousu davam edir

Mayın 29-da “TEKNOFEST Azərbaycan” festivalının son günündə Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə hava şousu davam edib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin “SU-25” (5 ədəd) və “MiQ-29” (2 ədəd) qırıcı təyyarələri və hərbi helikopterlərinin, eləcə də Türkiyənin “Solotürk” (2 ədəd F16), “Türk Ulduzları” (5 ədəd F5) və “Hürkuş” aerobatika komandalarının, ATAK helikopterlərinin və “Akıncı” PUA-sının iştirakı ilə hava şouları təşkil olunub.