Strelkova beş il həbs cəzası istənilib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Prokuror ekstremist fəaliyyətə çağırışlar üzrə İqor Qirkinə (Strelkov) 4 il 11 ay həbs istəyib.
“DXR”-in keçmiş müdafiə naziri ötən il həbs edilib.
Onun sözlərinə görə, işə səbəb onun teleqram kanalında Krımda baş verən hadisələr və hərbçilərin müavinəti ilə bağlı problemlərlə bağlı iki paylaşımı olub.
Qeyd edək ki, Strelkov noyabrda 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını açıqlayıb.
Xuraman Etibarlı