Qırmızı bülletenlə axtarılan İŞİD-çi Türkiyədə tutuldu

Suriyadan Türkiyəyə qanunsuz yolla girməyə çalışan 11 nəfər Hatay/Altınözü sərhəd xəttində saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Onlardan birinin İŞİD üzvü kimi qırmızı bülletenlə axtarıldığı qeyd edilib.