!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qırmızı” kitaba düşən çöl quşlarını ovlayan şəxslər saxlanıldı

!Reklam – Yazi

DİN Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlə Xəzər dənizinin Zirə qəsəbəsi istiqamətində, Abşeron Milli Parkının ərazisində “Qırmızı” kitaba adı düşən çöl quşlarını qanunsuz olaraq ovlayan şəxslər müəyyən ediliblər.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xidməti ərazidə keçirilən tədbir zamanı Qəmər Adaları Respublikasının vətəndaşı 64 yaşlı Mohammad Ahmad və əvvəllər məhkum olunmuş 39 yaşlı Pərviz Quliyev saxlanılıblar. Yoxlama zamanı onlardan 5 ədəd ovlanması qadağan olunan “Qafqaz şahini” və ov ləvazimatları aşkarlanıb. Bu şəxslər qoruq ərazisində xüsusi olaraq yaratdıqları quyularda gizlənərək təlim görmüş eynicinsli çöl quşları vasitəsi ilə adı “Qırmızı” kitaba düşən “Qafqaz şahini”ni ovlayıblar. Aşkar edilən faktla bağlı araşdırmalar davam etdirilir.

Baytar nəzarətindən sonra quşlar su polisləri və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təbiətə buraxılacaq.

Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti artıq sentyabr ayının 1-dən etibarən bitib.

COP29

www.yenicag.az

105
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv