!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qırmızı kitab”a düşmüş quşları ovlayanlar tutuldu

!Reklam – Yazi

Polis əməkdaşları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.

DİN Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən fevralın 8-də qanunsuz ov etdiyi üçün Saatlı rayon sakini Ş.Əsgərov saxlanılıb.

Ondan 1 ədəd nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və ovladığı “Qırmızı kitab”a düşmüş 2 ədəd bəzgək quşu aşkar edilərək götürülüb.

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Kürdmaşı kənd sakinləri Q.Hüseynov və T.Xəlilovdan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-63” markalı tüfənglər, habelə ovladıqları 2 ədəd dovşan aşkar edilərək götürülüb.

www.yenicag.az

4701
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv