Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı Əfqanıstanın Vardak əyalətində naməlum şəxslər tərəfindən oğurlanıb.
Yenicag .az xəbər verir ki, bu barədə Ariana News telekanalı BQXK-nın bu ölkədəki nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, Komitənin əməkdaşı şənbə günü girov götürülüb, hazırda onun azad edilməsi üçün danışıqlar aparılır.
Qeyd edək ki, Əfqanıstandakı terrorçu qruplaşmalar oğurluq faktına görə məsuliyyəti öz üzərinə götürməyib. BQXK əməkdaşının kimlər tərəfindən oğurlandığı bilinmir./Unikal.org/