!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qırmızı xalça üzərində evlilik təklifi - FOTO

!Reklam – Yazi

Hər il Fransanın Kann şəhərində keçirilən Kann beynəlxalq kinofestivalı bu il də maraqlı məqamlarla yaddaşda qalıb.

Yenicag.az xəbər verir ki, “My Love” filminin qala gecəsində dəvətlilərdən biri qəflətən dizlərinin üstünə çökərək yanındakı xanıma evlilik təklif edib.

Film ulduzlarının qırmızı xalça üzərindən keçməsini səbirsizliklə gözləyən qonaqlar bir anda maraqlı hadisənin şahidi olublar. Beləliklə, bütün kameralar həmin şəxslərin üzərinə yönəlib.

Bütün dünyanın gözü önündə evlənmə təklifi alan gənc qadın böyük bir həyəcan və sevinclə təklifi qəbul edib.

Festivala damğa vuran bu olayın qəhrəmanlarının kimlikləri qısa müddət sonra bəlli olub: 63 yaşındakı yunan gecə klubunun sahibi, milyonçu Milos Kant və 25 yaşlı portuqaliyalı televiziya şou ulduzu Marguerite Aranha.

“Daily Mail” qəzetinin verdiyi xəbərə görə, Marguerite Aranha milyonçu Milos Kantın klublarından birində çalışıb. İlk görüşdən aralarında eşq yaranan cütlüyün aprel ayından bəri birlikdə olduqları söylənilir. Cütlüyün ailələrinin də tanış olduğu deyilir.

Tahirə Nur

www.yenicag.az

6788
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv