Qışda soyuq və tutqun hava, gün işığının azlığı və hərəkətsizlik depressiyaya səbəb olur.
Bəs qış depressiyasından necə qurtula bilərik?
Payız və qış aylarında serotonin ve melatonin hormonlarının səviyyələrində dəyişikliklər baş verir. Bu hormonlar əhvala və yuxu rejiminə təsir edir. Gün işığının azalması, qaranlıq saatların artması melatonin hormonunun çoxalmasına, serotonin hormonunun isə azalmasına səbəb olur. Bu vəziyyət isə depressiyanı meydana çıxarır.
Mövsümi depressiyaya meylli insanlarda bu daha çox üzə çıxır.
Depressiyaya düşən insanlar xoşbəxt olmur. Ama xoşbəxt olmamağınız depressiya əlaməti olmaya da bilər. Depressiya insana həm fiziki, həm də mənəvi olaraq təsir edir. Özünü xoşbəxt hiss etməmək isə tamamilə əhvalla bağlıdır.
Qış depressiyasının əlamətləri hansılardır?
Qış depressiyası yaşayan insanlar, özünü daima məyus hiss edir və heç bir şeydən ləzzət ala bilmirlər.
Bununla yanaşı çox tez ağlayır və əsəbləşirlər. İstəksizlik, sıxıntı, itirmə qorxusu və özünəqapanma meydana gəlir.
Həmçinin yuxu rejimi və iştah da pozulur.
Halsızlıq və yorğunluq isə qış depressiyasının fiziki əlamətləridir. Bütün bunlarla yanaşı, qış depressiyası cinsi istəksizliyə də yol açır.
Qış depressiyasından necə qurtulmaq olar?
Qış boyu gündüz saatlarında günəş şüası qəbul etmək böyük əhəmiyyət kəsb edir.
Əgər pəncərəsiz və havasız ofisdə işləyirsinizsə, işdən sonra və həftəsonları açıq havada olmağa çalışın.
Qida rasionunuza həftədə ən az iki dəfə balıq əlavə edin. Həmçinin bol maye və meyvə şirəsi də depressiyanın baş düşmənləri sayılır.
Əgər mümkündürsə, günəşli və rahat bir yerdə qış tətili keçirin.
Yuxu rejiminizi dəyişdirin.
Tez yatmaq enerjinizi bərpa edərək depressiyaya qarşı mübarizə aparmağınıza komək edəcək.
Həftədə 3-4 gün məşq edin. Stabil məşq sizə dinc bir orqanizm və rahat yuxu təmin edəcək.
İctimai fəaliyyətlərə qoşulun və hava necə olursa olsun, çölə çıxmağa çalışın.
Əgər bütün bunlar depressiyadan çıxmağınıza kömək etməzsə, bir mütəxəssisə müraciət edin./Ölkə.az/