!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qış fasiləsi başa çatdı: "Qarabağ"la "Qəbələ"dən heç-heçə

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.

Yenicag.az xəbər verir ki, 15-ci tura “Zirə” – “Sumqayıt” matçı ilə start verilib. Bu görüşdə tərəflər hərəyə 1 qol vurmaqla 1 xala sahib çıxıblar.

Günün ikinci oyununda isə “Qarabağ” doğma azarkeşləri önündə “Qəbələ”ni qəbul edib. Turun mərkəzi oyununda qapılara ümumiyyətlə qol vurulmayıb.

Tura sabah keçiriləcək “Keşlə” – “Səbail”, “Neftçi” – “Kəpəz” oyunları ilə yekun vurulacaq.

10 fevral (şənbə)

Azərbaycan Premyer Liqa, 15-ci tur

“Zirə” – “Sumqayıt” 1:1
Qollar: Vüsal İsgəndərli, 40 – Tural Axundov, 35.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

“Qarabağ” – “Qəbələ” 0:0
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
“Azersun Arena”

11 fevral (bazar)

15:00. “Keşlə” – “Səbail”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov
“İnter Arena”

17:30. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
“Bakcell Arena”

www.yenicag.az

2373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv