“Qış parkı” yaxınlığındakı yanğın söndürüldü – YENİLƏNDİ

Bakı şəhərinin Nəsimi rayonunda “Qış parkı” yaxınlığında birmərtəbəli tikilidə baş vermiş yanğın söndürülüb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

*** 16:18

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda “Qış parkı” yaxınlığında birmərtəbəli tikilidə yanğın olması barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.