“Əhalinin sosial vəziyyətini nəzərə aldıqda, tətbiq olunan qaz limitinin çox aşağı olduğunu deyə bilərik”.
Bu fikirləri ölkədə qaz limtinin aşağı olmasının doğurduğu narazılıqlara münasibət bildirən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.Onu sözlərinə görə, mövcud şərtlərdə ölkədə qaz limitinin ən azı 2 dəfə artırılmasına ehtiyac var:
“Etiraf olunmalıdır ki, əhalinin əksər hissəsi qaz limitinin aşağı olmasından çox narazıdır.
Müəyyən statistik göstəricilərə əsasən, qaz limitini keçməyən abonentlərin sayı çox olsa da, bu statistikaya qaz işlətməyən, yaşayış olmayan mənzillər də daxil edilir.
Ona görə də hesab edirəm ki, bu məsələ aidiyyatı qurumlar tərəfindən nəzərə alınmalı və qaz limiti ən azı iki dəfə artırılmalıdır”.
Nuray Məmmədzadə