Qışda evdə paltar qurutmağın zərərləri

Mütəxəssislər paltarı evdə qurutmağın sağlığımıza olduqca zərərli olduğunu söyləyir.

Yenicag.az xəbər verir ki, türkiyəli ürək və daxili xəstəliklər üzrə mütəxəssis Olcay Emel mövzu ilə bağlı açıqlamasında paltarları açıq havada qurutmağın doğru seçim olduğunu qeyd edib. O bildirib:

“Hər kəs tərəfindən istifadə olunan yuyucu vasitələr suda həll olaraq çirkli paltarlarımızı təmizləyir. Təbii ki, bu kimyəvi qalıqlar durulanmaya baxmayaraq, müəyyən miqdarda paltarlarda qalır. Quruma prosesi zamanı su ilə birlikdə buxarlanaraq, olduğu atmosferə yayılır. Buna görə paltarlarımızı qapalı şərait yox, açıq havada qurutmaq ən doğru seçimdir”

“Şəhər yerlərində açıq havada paltar qurutmaq mümkün olmur. Buna görə də paltar qurudulan otaqlar yaxşı havalandırılmalıdır. Amma bu otaqda qətiyyən uşaqlar və yaşlılar olmamalıdır. İkinci bir yol kimi qurutma maşınlarından istifadə etmək olar, -mütəxəssis qeyd edib.

Olvay Emel allergiyası olanların yuyucu vasitə əvəzinə, sabundan istifadə edə biləcəklərini də vurğulayıb.

O qeyd edib: “Quru təmizləmədə də perklor etilen hipoklorit istifadə edilir. Buxarı ilə nəfəs aldıqda qaraciyər, sinir sisteminə zərər verə bilər və xərçəng yarada bilər. Buna görə quru təmizləmədən gələn əşyaların havaya verilmədən istifadəsi məsləhət deyil”

COP29