Qitələrarası ballistik raketini döyüş vəziyyətinə gətirdi

Rusiya “Sarmat” strateji raket kompleksini döyüş hazırlığı vəziyyətinə gətirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Roskosmos”un rəhbəri Yuri Borisov bildirib.

“”Sarmat” strateji raket kompleksinin ekipajı döyüş növbəsinə daxil olub”, – deyə qeyd olunub.

Qeyd edək ki, “Sarmat” ağır çoxpilləli maye yanacaqlı qitələrarası ballistik raketdir. O, 10-15 min km məsafəyə qədər uça bilir.