Qitələrarası marafonda 60 min nəfər iştirak edəcək – Türkiyədə

44-cü İstanbul Marafonuna 60 mindən çox iştirakçı qatılacaq.

Yenicag.az xəbər verir ki, qeyri-adi qitələrarası idman tədbiri noyabrın 6-da baş tutacaq.

Qaçış şəhərin Asiya hissəsindən start götürəcək və Boğazın Avropa tərəfində “Dolmabahçe” sarayının yaxınlığında finiş edəcək.

Yarışın 15 kilometrlik hissəsində və tam 42 kilometrlik marafonda 30 minə yaxın idmançının, 8 kilometrlik kütləvi yürüşdə isə eyni sayda həvəskarın iştirak edəcəyi gözlənilir.