Elm insanları bəşəriyyətin qiyamətə 10 saniyə daha yaxınlaşdığını açıqlayıblar.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, elm adamlarını ətrafına toplayan ABŞ mərkəzli “Bulletin of the Atomic Scientists” qeyri-hökumət təşkilatından insanlığın xaos və qiyamətə doğru sürükləndiği bildirilib.
Qeyd olunub ki, dünyada gedən müharibələr, iqlim böhranı, COVID-19 pandemiyası dünyanı qiyamətə 10 saniyə daha yaxınlaşdırıb. Beləliklə, simvolik “qiyamət saatı” 10 saniyə irəli çəkilərək 90 saniyədə sabitlənib.
Qeyd edək ki, sözügedən saat 1947-ci ildə qurulub. Həmin dövrdə saat gecə yarısına 7 dəqiqə qalmışı göstərirdi.